Xəbərlər

Estoniya “Siil 2025” beynəlxalq hərbi təliminə ev sahibliyi edəcək

Estoniya Müdafiə Qüvvələri mayın 5-dən 23-dək “Siil 2025” adlı ən böyük beynəlxalq hərbi təlimlərdən birinə ev sahibliyi edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Estoniya Müdafiə Qüvvələri məlumat yayıb.

Verilən məlumata görə, manevrlərə Böyük Britaniya, Fransa, Almaniya, Polşa, Portuqaliya, Danimarka, İsveç, Finlandiya, Latviya, ABŞ və Kanadadan 16 mindən çox hərbçi, Yaponiya, İsrail və Ukraynadan müşahidəçi və təlimatçılar cəlb olunacaq.

“Təlimlərin əsas məqsədi müttəfiqlərlə əməkdaşlıqda regional müdafiə planlarının əsas tapşırıqlarının yerinə yetirilməsi, eləcə də Müdafiə Qüvvələrinin və müttəfiq bölmələrinin döyüş hazırlığının sınaqdan keçirilməsidir. “Siil 2025″ çərçivəsində bu il əlavə müttəfiq bölmələrinin Estoniyaya daxil edilməsinə xüsusi diqqət yetiriləcək”, – məlumatda bildirilib.