Xəbərlər

Estoniyada NATO-nun iki həftəlik hərbi təlimləri başlayır

Estoniyada NATO üzvü olan ölkələrin əsgərlərinin iştirakı ilə iki həftə davam edəcək Pikne (“İldırım”) hərbi təlimləri başlayır.

“Füyuzat”ın məlumatına görə, bu barədə ERR milli televiziya və radiostansiyasının portalı Estoniya Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb.

Təlimlərə ABŞ, Böyük Britaniya, Fransa, Kanada, Latviya və Estoniyanın quru, hava və dəniz bölmələrindən 3000-ə yaxın hərbçi cəlb olunacaq. Əsas əməliyyatlar Baltikyanı respublikanın şimal, qərb və şərq hissələrində aparılacaq. Tədbirlər çərçivəsində alyansın üzvü olan bölmələr qüvvələrin potensial münaqişə zonasına sürətlə köçürülməsini məşq edəcək və təhdidlərə qarşı birgə mübarizə mexanizmləri hazırlayacaq.

İdarədən qeyd edilib ki, təlimlər müdafiə xarakteri daşıyır.