Xəbərlər

Fələstin səfiri: Tramp Yaxın Şərq münaqişəsində İsrailin tərəfindədir

“ABŞ prezidenti Donald Tramp Yaxın Şərq münaqişəsində İsrailin tərəfini tutur”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl bildirib.

“Rusiyanın mövqeyini çox yüksək qiymətləndiririk. Amma bilirsiniz ki, ABŞ İsrailin yanındadır, hətta Tramp da İsrailin yanındadır və ona görə də sabah nə olacağını demək çətindir. Münaqişə davam edir. Müharibəyə girovların dəyişdirilməsi ilə bağlı fasilə verilib. İnşallah, hər şey normal olacaq. Biz müharibənin əbədi şəkildə dayandırılacağına inanırıq”, – səfir vurğulayıb.