XII Bakı Beynəlxalq Kitab Sərgisinin builki mövzusu bütövlükdə uşaqlara həsr olunub. Sərgi “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi ilə keçirilir. Bu təşəbbüs uşaqların kitaba marağının artırılmasına, ədəbiyyatımızın gənc nəsil arasında daha geniş yayılmasına və təbliğinə hesablanıb.
“Füyuzat” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.
O bildirib ki, bu məqsədlə sərgi ərazisində uşaqlar üçün xüsusi zonalar yaradılıb.



