Xəbərlər

Fidan: Ukraynada nizamlanma üçün ərazi məsələsi həll edilməlidir

“Ukrayna münaqişəsinin tərəfləri Ukraynanın ərazi bütövlüyü ilə bağlı bir sıra “xoşagəlməz qərarlar” qəbul etməli olacaqlar”.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “TRT World” telekanalına müsahibəsində deyib.

“Təbii ki, Ukraynanın ərazi bütövlüyünün qorunduğunu görmək istərdik. Amma indi müharibə gedir və təəssüf ki, bu müharibə dövründə biz müəyyən seçimlər etməli, bəzi xoşagəlməz qərarlar qəbul etməliyik. Tərəflər seçim etməyə çalışırlar. Nədən imtina edə bilərlər, nəyi saxlaya bilərlər müəyyənləşdirməyə çalışırlar”, – o qeyd edib.