ABŞ prezidenti Donald Trampın ticarət tarifləri və Qrenlandiyanı ilhaq etmək təhdidləri Norveç və İslandiyanı Avropa İttifaqına (Aİ) üzv olmaq barədə düşünməyə vadar edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Fransanın “Le Figaro” qəzeti yazır.
Nəşr xatırladıb ki, Norveç və İslandiya Şengen və Avropa İqtisadi Birliyinin bir hissəsidir və vahid bazarın tənzimlənməsi qaydalarını tətbiq edirlər, lakin səsvermə hüququna malik deyillər. ABŞ yeni tariflər tətbiq etdikdən sonra bəzi Norveç siyasətçiləri qeyri-müəyyənliklə kifayətlənməyiblər.
Sentyabrda keçiriləcək seçkilərdən sonra hakimiyyətə gələ biləcək mühafizəkar müxalifət lideri Edna Solberq də ölkənin Aİ-yə üzv olmasının tərəfdarı olduğunu bildirib.
Norveç 1972 və 1984-cü illərdə keçirilmiş referendumlardan sonra artıq iki dəfə Avropa İttifaqına üzv olmaqdan imtina edib. “Le Figaro”nun məlumatına görə, Skandinaviya ölkəsinin əhalisinin 43%-i hələ də belə bir təşəbbüsü dəstəkləmir, 37%-i isə lehinədir.
Öz növbəsində, İslandiya 10 ildən artıqdır ki, Aİ-yə üzv olmaqdan imtina edib, lakin hakim koalisiya 2027-ci ildə yeni referendum keçirməyi planlaşdırır. Ölkənin Baş naziri Kristrun Frostadottirin sözlərinə görə, hökumət “ölkənin yenidən danışıqlara başlamaq istəyib-istəmədiyini görmək” istəyir.



