Xəbərlər

Fransa Çaddakı son hərbi bazasını orduya təhvil verib

“Fransa son hərbi bazasını Çad ordusuna təhvil verdi və bununla da ölkədəki hərbi mövcudluğunu tamamilə dayandırdı”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çad Baş Qərargahı məlumat yayıb.

“Adji Kossei bazasının təhvil alınması Fransa qüvvələrinin Çaddakı mövcudluğunu tamamilə sona çatdırdı. Bu təhvil yüksək vəzifəli şəxslərin, xüsusilə də, Çad prezidenti Məhəmməd İdriss Debi İtnonun
iradəsinə və Çad xalqının tələblərinə uyğun olaraq həyata keçirilib”, – məlumatda bildirilib.