Xəbərlər

Fransa mətbuatı: ABŞ İranla əlaqə saxlamağa hazırdır

“Fransa və ABŞ-ın xarici işlər nazirləri Jan-Noel Barrot və Marko Rubio gecə keçirdikləri telefon danışığında İranın nüvə məsələsini müzakirə ediblər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fransa mətbuatı məlumat yayıb

Qeyd edilib ki, nazirlər İranın nüvə və ballistik proqramlarının İsrail və Avropa üçün təhlükə yaratdığını bildiriblər.

Xəbərdə Rubionun Fransa naziri Barrota “ABŞ-ın istənilən vaxt iranlılarla birbaşa əlaqə saxlamağa hazır olduğunu” dediyi iddia edilib.

Barrot amerikalı həmkarına bu gün İsveçrənin Cenevrə şəhərində Fransa, Almaniya, Böyük Britaniya və İranın xarici işlər nazirləri ilə Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas arasında keçirilməsi gözlənilən görüşdə izləyəcəkləri yanaşma barədə məlumat verib.

Bildirilib ki, sözügedən avropalı siyasətçilər İranın xarici işlər naziri Abbas Əraqçını ölkəsinin nüvə proqramı ilə bağlı diplomatik prosesə qayıtmağa və danışıqları davam etdirməyə çağıracaqlar.