“Fransa Ukraynaya yardımı artırmaq niyyətindədir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə brifinqdə Fransa hökumətinin rəsmi nümayəndəsi Sofi Prima bildirib.
“Fransa müstəqil hərbi güc olaraq respublika prezidentinin – Ali Baş Komandanın, Baş nazirin və silahlı qüvvələr nazirinin rəhbərliyi altında Ukraynaya dəstəyi artırmağa və resursları səfərbər etməyə hazırdır”, – Prima qeyd edib.
Onun sözlərinə görə, “Paris Avropanın suverenliyinə zəmanət vermək niyyətindədir”: “Bunun üçün biz potensialımızı gücləndirməliyik, strateji muxtariyyəti təmin etməliyik və müdafiəmizə daha çox sərmayə qoymalıyıq”.