Xəbərlər

Fransa XİN: Avropa Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

“Avropa ölkələri Rusiya Ukraynada atəşi dayandırmaqdan imtina edərsə, eyni zamanda bu məsələdə ABŞ-dan dəstək alacağına ümid edərsə, daha bir anti-Rusiya sanksiyalar paketi tətbiq etməyi planlaşdırır”.

“Füyuzat”ın məlumatına görə, bunu Fransa Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Jan-Noel Barro deyib.

“Biz, yəni avropalılar Rusiyaya qarşı 17-ci sanksiyalar paketi ilə Amerikanın mümkün təşəbbüsünü dəstəkləyəcəyik. Mən ABŞ senatorunun qarşısında öhdəlik götürdüm ki, gələcək sanksiya paketinin həm mahiyyətini, həm də vaxtını koordinasiya etməyə çalışacağıq”, — nazir əlavə edib.