ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniya, Fransa, Almaniya, İtaliya xarici işlər nazirlərinə və Aİ diplomatik xidmətinin rəhbərinə Ər-Riyadda baş tutan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqların məzmunu barədə məlumat verib.
“Füyuzat”ın məlumatına görə, bu barədə AFP Fransa Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, Avropa ölkələri Tramp administrasiyasının onları Ukraynada müharibəyə son qoymaq üçün Rusiya ilə danışıqlara cəlb etmək istəməməsindən narahatdır.
Həmçinin qeyd edilib ki, Fransa öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil.



