“ABŞ Federal Rabitə Komissiyası (FCC) kiberhücumlara qarşı müdafiəni gücləndirmək və süni intellekt kimi kritik texnoloji sahələrdə Çini qabaqlamaq üçün milli təhlükəsizlik şurası yaradacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
“Belə bir şuranın yaradılması diqqəti xaricdən gələn və düşmən qüvvələrin törətdiyi daimi təhlükələrə yönəltmək zərurəti ilə bağlıdır. Bu kimi addımlarla bizim şəbəkələrimizi, cihazlarımızı və texnologiya ekosistemimizi pozmaq üçün yollar axtarırlar və FCC-nin sayıq qalması, amerikalıları və Amerika şirkətlərini bu təhlükələrdən qoruması həmişəkindən daha vacibdir”, – FCC-nin sədri bildirib.