Xəbərlər

FT: Avropa rəsmiləri Aİ-nin parçalanmasından qorxur

“Avropa rəsmiləri ABŞ prezidenti Donald Trampın Kiyevin Krımı Rusiyanın bir hissəsi kimi tanıması tələbinə görə NATO və Avropa İttifaqının (Aİ) parçalanmasından qorxur və Vaşinqtonun cəhdlərini dəstəkləməkdən imtina edir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.

“Trampın Ukrayna hakimiyyətinin Krımı Rusiya kimi tanıması ilə bağlı təkidli tələbi Aİ ölkələrini çətin seçim qarşısında qoyub: Kiyevi dəstəkləməyə davam etmək və ya Vaşinqtonun tərəfinə keçmək. Bəzi rəsmilər qorxurlar ki, ABŞ administrasiyasının təklif etdiyi nizamlanma Avropa ölkələri ilə ikitərəfli münasibətləri sınaqdan keçirəcək, transatlantik təhlükəsizliyə xələl gətirəcək və iyunun sonunda NATO sammitini potensial olaraq pozacaq. Ən pis halda ABŞ Ukrayna və Rusiya arasında razılığa gələ bilməyəcək və bütün günahlar Ukraynanın üzərinə atılacaq. Onda Avropa Ukrayna və ABŞ arasında seçim etməli olacaq”, – Aİ-nin yüksək səviyyəli diplomatı nəşrə bildirib.