Xəbərlər

FT: Çinin texnologiya şirkətləri süni intellektin inkişafında daxili çiplərə keçirlər

Çinin ən böyük texnologiya şirkətləri, o cümlədən “Alibaba”, “Tencent” və “Baidu” ABŞ-ın ixrac nəzarətinin sərtləşdirilməsi ilə əlaqədar süni intellekt (Aİ) texnologiyasının inkişafında daxili çiplərə keçid edirlər.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, texnologiya firmaları Amerikanın “Nvidia” korporasiyasının yarımkeçiricilərinə alternativ mikroprosessorları “Artan daxili tələbatı və süni intellekt ilə bağlı müştəri ehtiyaclarını ödəmək üçün” sınaqdan keçirməyə başlayırlar.