Xəbərlər

FT: Makron Ukraynaya canlı qüvvə yerləşdirilməsi ilə bağlı Trampın dəstəyini ala bilməyib

“Fransa prezidenti Emmanuel Makron Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Donald Trampı münaqişənin həllindən sonra Ukraynaya hər hansı Avropa qoşunlarının göndərilməsini dəstəkləməyə razı sala bilməyib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” (FT) öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrə danışan Fransa rəsmisi bildirib ki, ABŞ-ın Ukraynaya bu cür dəstəyinin yekun formatı razılaşdırılmayıb.

“Prezident Trampın amerikalıların təhlükəsizlik zəmanəti verməsinə isə etirazı yoxdur”, – o əlavə edib.