Xəbərlər

FT: Starmer 5 ildən sonra ilk dəfə bütün Aİ liderləri ilə görüşəcək

“Böyük Britaniyanın Baş naziri Keir Starmer 2025-ci ildə Avropa İttifaqı (Aİ) ilə müdafiə sahəsində əməkdaşlığa dair danışıqlar aparacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Bu görüş Böyük Britaniyanın 2020-ci ildə ittifaqı tərk etməsindən sonra Britaniya Baş nazirinin və Aİ-yə üzv olan 27 ölkənin iştirakı ilə keçiriləcək. Dekabrın 12-də Avropa Şurasının prezidenti Antonio Koşta Starmerlə görüşəcək və ona 2025-ci il fevralın 3-də Belçikada keçiriləcək görüşə dəvəti rəsmi şəkildə çatdıracaq. Adlarını açıqlamayan Britaniya rəsmiləri qeyd edir ki, Baş nazir dəvəti qəbul edəcək. Onun tədbirdə Aİ ilə yeni təhlükəsizlik tərəfdaşlığı sazişi imzalayacağı gözlənilir”, – məlumatda bildirilib.