Xəbərlər

“Füyuzat” jurnalının üz qapaqlarının sərgisi keçiriləcək

20 dekabr 2023-cü il tarixində Azərbaycan İstiqlal Muzeyində “Füyuzat” jurnalının üz qapaqlarının sərgisinin açılış mərasimi baş tutacaq.

Sərgi Milli İrisi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu, “Füyuzat” dərgisi və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Sərgi zamanı “Füyuzat” dərgisinin tarixi, fəaliyyəti və məqsədləri barədə geniş məlumat veriləcək, eyni zamanda jurnalın üz qapaqlarının hazırlanması prosesi, üz qapaqlarında toxunulan məsələlər və verilən mesajlar barədə məlumatlar bölüşüləcək.

Sərgi 20–26 dekabr 2023-cü il tarixlərində davam edəcək. Sərgiyə giriş ödənişsizdir.