Xəbərlər

Füyuzat Tv-nin efirində yeni layihə – Arxa plan

Füyuzat Tv-nin efirində daha yeni bir layihə – Arxa plan izləyicilərin görüşünə gəlir. Tural İsmayılovun təqdimatında yayımlanacaq bu verilişdə ölkə siyasətində, mədəniyyət, incəsənət və ədəbiyyatında baş verən aktual hadisələr müzakirə olunacaq.

Arxa plan verilişinin ilk buraxılışında politoloq Züriyə Qarayeva ilə gündəm olan Azərbaycan–Ermənistan arasında baş verən son hadisələr və Qarabağ ətrafındakı məsələr müzakirə olunacaq. Verilişin ilk buraxılışına bu gün Füyuzat Tv-nin Youtube kanalından baxa bilərsiniz.

Xoş izləmələr!