Xəbərlər

“Gələcək Gənclərlə Gələcək-2” forumu keçirilib

Bakı Biznes Universitetində “Gələcək Gənclərlə Gələcək-2” forumu keçirilib.

“Füyuzat”ın məlumatına görə, forum gənclərə müzakirə və çıxışlar vasitəsilə şəxsi inkişaf, liderlik və strateji düşünmə kimi sahələrdə yeni biliklər və bacarıqlar əldə etmək üçün şərait yaradıb.

İlk söz Bakı Biznes Universitetinin Elmi işlər üzrə prorektoru Cavidan Heydərova verilib.

O, forum iştirakçılarını salamlayıb və tədbirlə bağlı məlumat verib. Həmçinin o, tələbələrə forumdan istifadə edərək öz şəxsi bacarıqlarını önə çıxarmalarını bildirərək layihəyə uğurlar diləyib.

Daha sonra universtetlə bağlı videoçarx nümayiş etdirilib.

Millət vəkili Elnarə Akimova sözə davam edərək forumla bağlı təəssüratlarını bölüşərək gənclərin təhsil prosesindən danışıb. Həmçinin o, azərbaycançılıq ideyasını vurğulayaraq dərs proqramlarında bu ideyaların aşılanmadığını bildirib. Nəticədə bu mövzuda gənclərin daha diqqətli olmalı olduğunu qeyd edib.

Bakı Biznes Universitetinin Humanitar Elmlər kafedrasının müəllimi Reyhan Dadaşova söz alaraq davam edib.
O, gənclərə dəstək olmaqla, onların bu vasitə ilə daha uğurlu olacağını vurğulayıb. Sonda isə Reyhan Dadaşovaya mükafat təqdim edilib.

Daha sonra söz yazıçı-publisist Aqşin Yeniseyə verilib.

O, gənclərə müraciət edərək onların fəaliyyətindən, uğurlarından bəhs edərək tənqidi düşüncələrini auditoriya ilə paylaşıb.

Sonda bir neçə şəxsə mükafatlar təqdim edilib.

Qeyd edək ki, “Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu da tədbirdə iştirak edib.