Xəbərlər

Guardian: Britaniya Ukraynaya 350 hava hücumundan müdafiə raketi verəcək

“Britaniya hakimiyyəti Kiyevə 350 ədəd hava hücumundan müdafiə raketini təhvil verəcək. Onların alınmasında ilk dəfə olaraq dondurulmuş Rusiya aktivlərindən əldə edilən faizdən istifadə edilib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Guardian” yazır.

Qeyd edilib ki, ilk dəfədir London Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi gəlirləri Kiyevə hərbi təchizatı maliyyələşdirmək üçün birbaşa istifadə edir. Təkmilləşdirilmiş raketlər “Raven” hava hücumundan müdafiə sistemlərindən atılacaq, onlardan səkkizi əvvəllər Ukrayna Silahlı Qüvvələrinə çatdırılıb, daha beşi isə Ukraynaya yola salınacaq.