Xəbərlər

Gürcüstan etiraz aksiyalarında iştirak edən 25 əcnəbini deportasiya edib

Gürcüstan Daxili İşlər Nazirliyi ötən ilin noyabr-dekabr aylarında etiraz aksiyalarında iştirak edən 25 xarici ölkə vətəndaşının ölkədən çıxarılması üçün prosedurlara başlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi tərəfindən deportasiya proseduruna başlanılan şəxslər arasında noyabr-dekabr aylarında Tbilisidə keçirilən etiraz aksiyalarında iştirak etmiş və məhkəmə tərəfindən cəzalandırılmış ümumilikdə 25 nəfər var”, – məlumatda deyilir.