“Gürcüstan Litva və Estoniyaya qarşı cavab sanksiyaları tətbiq etməyəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Gürcüstan hökumətinin bəyanatında bildirilib.
“Gürcüstan hakimiyyətinin Litva və Estoniya hökumətlərinin anti-gürcü qərarlarına cavab tədbirləri ilə qarşı çıxmaq hüququ və imkanı var, lakin biz Litva və Estoniya xalqlarına hörmət edərək, belə addımların atılmasını məqsədəuyğun hesab etmirik. Bizim qərarımız gürcü, eston və litva xalqlarının ənənəvi dostluğuna təhlükə yaratmamaq üçün hər iki dövlətlə birtərəfli dostluq rejimində qalmaqdır”, – bəyanatda qeyd olunub.