Tbilisidə Gürcüstan parlamenti yaxınlığında hökumət əleyhinə keçirilən növbəti etiraz aksiyasının iştirakçıları Rustaveli prospektini tərk ediblər və aksiya dinc şəkildə başa çatıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
Dekabrın 9-da axşam bir neçə min insan ənənəvi olaraq Gürcüstan parlamenti yaxınlığında etiraz aksiyasına toplaşıb. Aksiya dinc şəraitdə keçib və parlament binasının ətrafında polis olmayıb.
Qeyd edək ki, noyabrın sonundan Tbilisinin mərkəzində hər gün mitinqlər keçirilir.