Xəbərlər

Gürcüstanda NATO İnformasiya Mərkəzi bağlanacaq

“İyulun 1-də Gürcüstanda NATO və Avropa İttifaqı (Aİ) məlumat mərkəzi bağlanacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə mərkəzin əməkdaşlarından biri mətbuata bildirib.

“Bildiririk ki, 2025-ci il iyulun 1-dən etibarən publik hüquqi şəxsin – NATO və Avropa İttifaqı üzrə İnformasiya Mərkəzinin ləğvi planlaşdırılır”, – məlumatda bildirilib.

Eyni zamanda, mərkəzin Kvemo Kartli regionu üzrə nümayəndəsi Temur Sukaşvili bunda Rusiyanın izini görüb. Sukaşvili bəyan edib ki, ölkə liderlərinin niyyəti kursu tamamilə dəyişmək, Avropa İttifaqına və ya NATO-ya aparan bütün yolları bağlamaqdır.