“Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqlara başlamasının 4 il müddətinə – 2028-ci ilə qədər dayandırılmasına qarşı keçirilən nümayişlər 28-ci gündür ki, davam edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Gün ərzində Tbilisinin müxtəlif küçələrində yürüş edən nümayişçilər, əvvəlki günlərdə olduğu kimi, gecə saatlarında da parlamentin qarşısına toplaşıblar.
Verilən məlumata görə, nümayişçilər parlament seçkilərini yeniləmək çağırışlarını təkrar ediblər.