Gürcüstanın Baş nazirinin müavini və daxili işlər naziri Vaxtanq Qomelauri istefa edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə nazir özü bildirib.
“Mən 10 ildən artıq Gürcüstanın daxili işlər naziri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri və Baş nazirin müavini vəzifələrində çalışmışam. Təbii ki, bu qədər il ərzində ən yüksək dövlət vəzifələrində çalışmaq çox əmək tələb edən işdir. Bu gün ölkədə vəziyyət sakit olanda mən özümə icazə verdim və komandadan xahiş etdim ki, mənə bu vəzifədən getməyimə şərait yaratsınlar. Bundan sonrakı həaytımda ailəmə vaxt ayırmaq istəyirəm”, – o qeyd edib.