Türkiyənin xarici işlər naziri Hakan Fidan İordaniyanın xarici işlər naziri Ayman əs-Səfədi ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Türkiyəli nazir fevralın 3-də İordaniyanın xarici işlər naziri ilə telefon danışığı aparıb. Tərəflər ikitərəfli məsələləri, eləcə də Suriyadakı vəziyyəti və Fələstində baş verən hadisələri müzakirə ediblər”, – məlumatda bildirilib.