Xəbərlər

Hakan Fidan: Suriyada yeni dövr başlayıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan nazirliyin təşkil etdiyi “15-ci Səfirlik Konfransı”nın açılışında iştirakvə çıxış edib. Fidan bildirib ki, dünən Suriyada baş verən hadisələr hər kəsə yeni ümid işığı verib.

“Füyuzat”ın məlumatına görə, Fidan beynəlxalq aktorların, xüsusən də BMT-nin Suriya xalqı ilə əlaqə saxlamasını və əhatəli hökumətin qurulmasına dəstək verməsini gözlədiklərini də qeyd edib.

“Bildiyiniz kimi, biz bəri başdan deyirik ki, Suriyada daimi həll, sülh və sabitlik yalnız milli barışıq yolu ilə əldə edilə bilər. Lakin bütün səylərimizə və ona verilən imkanlara baxmayaraq, rejim öz xalqı ilə barışmağa çalışmadı. Xüsusən də rejimin prezidentimizin qarşıdan gələn prosesləri gözləyərək verdiyi çağırışlara müsbət cavab verməməsi nə qədər haqlı olduğumuzu ortaya çıxaran hadisələrə gətirib çıxardı”, – Fidan əlavə edib.