Xəbərlər

Harvardın xarici tələbə qəbulu qadağan oluna bilər

“ABŞ Daxili Təhlükəsizlik Departamenti Harvard Universitetindən “qanunsuz və zorakılıq fəaliyyətləri” ilə məşğul olduqları iddia edilən və viza ilə təhsil alan tələbələr haqqında məlumat verməsini tələb edib.
Əks halda universitetə ​​əcnəbi tələbə qəbulu qadağan edilə bilər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə idarənin rəsmi məlumatında bildirilib.

Verilən məlumata görə, daxili təhlükəsizlik katibi Kristi Noem aprelin 30-a qədər son tarix təyin edib.

“Rədd cavabı verilərsə, qadağa dərhal qüvvəyə minəcək. Harvardın sinif otaqları anti-Amerika ideologiyası və HƏMAS-a dəstək ilə zəhərlənib”, – Noem əlavə edib.