Xəbərlər

HƏMAS: Ərəb ölkələrinin kontingentinin Qəzzada yerləşdirilməsi məsələsi müzakirə edilmir

“Ərəb ölkələrindən hərbi qüvvələrin Qəzza zolağında yerləşdirilməsi məsələsi müzakirə olunmur”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstinin HƏMAS hərəkatının İrandakı rəsmi nümayəndəsi Xalid əl-Qəddumi TASS müxbirinə bildirib.

“Hazırda milli mənsubiyyətindən asılı olmayaraq Qəzzada kənar hərbi qüvvələrin mövcudluğu məsələsi müzakirə olunmur”, – o deyib.