HƏMAS mayın 1-də İsrailin Qəzzaya hücumlarına qarşı qlobal etirazlara və İsraili boykot etməyə çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə HƏMAS-ın 1 May Əmək və Həmrəylik günü münasibətilə verdiyi açıqlamada bildirilib.
Bəyanatda mayın 1-dən İsrailə qarşı boykotun artırılması və bu addımdan “Qəzza zolağında 19 aydan artıqdır davam edən soyqırımın sona çatması üçün təzyiq platforması kimi istifadə edilməsi” tələb edilib.
Bəyanatda ərəb və müsəlman ölkələri, həmçinin dünyanın azad xalqları mayın 2-3-4-də Qəzzaya dəstək və həmrəylik üçün qlobal xalq hərəkatını davam etdirmək, dünyanın bütün şəhər, meydan və paytaxtlarında kütləvi yürüş nümayişləri keçirmək, İsrailin hücum və cinayətlərinə qarşı səsləri ucaltmaq, işğala qarşı hər cür boykotları gücləndirmək, Qəzza zolağına hücum və blokadanın dayandırılması üçün təzyiq göstərməyə çağırılıb.