Xəbərlər

HƏMAS lideri: Girovların azad edilməsi üçün danışıqlara hazırıq

“HƏMAS hərəkatı Qəzza zolağında hərbi əməliyyatların tam dayandırılması müqabilində saxladığı bütün israilli girovların azad edilməsi ilə bağlı danışıqlara başlamağa hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə təşkilatın lideri Xəlil əl-Heya bildirib.

“HƏMAS əlimizdə olan bütün girovların azad edilməsi və İsrail həbsxanalarında saxlanılan müəyyən sayda fələstinlinin azad edilməsi ilə nəticələnəcək danışıqlara dərhal başlamağa hazırdır.
Bunun müqabilində biz xalqımıza qarşı müharibənin tam dayandırılmasını və bütün İsrail qoşunlarının zolaqdan çıxarılmasını, həmçinin Qəzzanın yenidən qurulmasına başlanılmasını və blokadanın götürülməsini tələb edirik”, – o vurğulayıb.