“Fələstinin HƏMAS hərəkatı daha 4 girovu yanvarın 25-i şənbə günü azad etməli olacaq, razılaşmanın şərtlərinə görə, onların adları cümə günü İsrail tərəfinə veriləcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS-a İsrailin Rusiya Federasiyasındakı səfirliyindən məlumat verilib.
“Həmas şənbə günü daha 4 qadını azad edəcək”, – deyə agentliyin mənbəsi bildirib.
Yanvarın 15-də axşam Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman əl-Tani bəyan edib ki, Doha, Qahirə və Vaşinqtonun vasitəçilik səyləri nəticəsində İsrail və HƏMAS Qəzzada saxlanılan girovların azad edilməsi ilə bağlı razılığa gəliblər. 42 gün davam edəcək birinci mərhələdə HƏMAS İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların qarşılığında 33 israilli girovu azad edəcək.