Xəbərlər

Herzi Halevi CENTCOM rəhbəri ilə İranın hücumunu müzakirə edib

İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Maykl Kurilla ilə İranın İsrailə hücumunu müzakirə edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Baş Qərargah rəisi Herzi Halevi İranın İsrail dövlətinə hücumundan sonra CENTCOM komandiri Maykl Kurilla ilə danışıb. İsrail və ABŞ Silahlı Qüvvələri İranın hücumundan əvvəl, hücumu zamanı və ondan sonra bir neçə gün müdafiə sahəsində əməkdaşlıq ediblər. Biz ABŞ Silahlı Qüvvələri ilə əlaqələrimizi dərinləşdirməyə davam edəcəyik”, – məlumatda bildirilib.