Xəbərlər

Hindistan ilk dəfə hipersəs ballistik raketinin maketini nümayiş etdirib

Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı (DRDO) ilk dəfə olaraq “Hyderabadda” silah sərgisində hazırlanmaqda olan VM-04 hipersəs ballistik raketinin tammiqyaslı modelini nümayiş etdirib və onun texniki xüsusiyyətlərini təqdim edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Times of India” məlumat yayıb.

Qeyd edilib ki, bərk yanacaqla işləyən raket “5 Mach”dan çox hipersəs sürətinə çata bilən sürüşən döyüş başlığı ilə təchiz edilib. VM-04-ün çəkisi 11,5 ton, uzunluğu 10,2 m, uçuş məsafəsi isə 400-dən 1500 km-ə qədərdir. Raket yerli peyk naviqasiya sistemi və 500 kq ağırlığında adi döyüş başlığı ilə təchiz olunub, hədəfi vurma dəqiqliyi 30 m-ə çatır.

Əlavə edək ki, 2024-cü ilin noyabrında Hindistan Müdafiə Nazirliyi 1500 km mənzilli yerli hipersəs raketinin ilk sınağını elan edib.