Xəbərlər

Hindistan Pakistanı hədələyib

“Hindistan Pakistanla münaqişəni genişləndirmək niyyətində deyil, lakin İslamabad hücuma keçərsə, sərt cavab alacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar deyib.

“Bizim niyyətimiz Pakistanla vəziyyəti gərginləşdirmək deyil. Buna baxmayaraq onlar bizə hücum edərlərsə, biz əks cavab olaraq çox sərt reaksiya verəcəyik”, – nazir əlavə edib.