Xəbərlər

Hindistan: Pakistanın nüvə silahı MAQATE-nin nəzarəti altında olmalıdır

Hindistan Pakistanın nüvə silahlarının Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nəzarətinə verilməsini istəyib.

“Füyuzat”ın məlumatına görə, müvafiq bəyanatı Cammu və Kəşmirdə çıxışı zamanı respublikanın müdafiə naziri Racnat Sinq verib.

“Düşünürəm ki, Pakistanın nüvə silahları Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətinə verilməlidir”, – məlumatda bildirilib.