Xəbərlər

Hindistan: Trampın qlobal gündəmi dəyişə biləcəyinə inanırıq

“ABŞ prezidenti Donald Tramp qlobal gündəmə əhəmiyyətli dəyişikliklər gətirə bilər, lakin Hindistan xarici siyasətdə milli maraqlarını rəhbər tutmağa davam edəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Hindistanın Xarici İşlər Nazirliyinin rəhbəri Subrahmanyam Caişankar Dehli Universitetində çıxışı zamanı deyib.

“Bəli, gündəm çox dəyişəcək. Ola bilsin ki, bəzi şeylər proqramdan kənara çıxsın, lakin biz xarici siyasəti proqramdan kənar və ölkənin maraqlarına uyğun aparmalıyıq”, – o deyib.