“Hindistan müxtəlif vaxtlarda Moskva və Kiyevlə əlaqə saxlayıb, lakin Yeni Dehli Ukrayna münaqişəsinin həllində özünü vasitəçi kimi görmür”.
“Füyuzat”ın məlumatına görə, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar Böyük Britaniyaya səfəri zamanı deyib.
O, Hindistanın Ukraynada özünü vasitəçi kimi görüb-görməməsi ilə bağlı suala, “Mən əmin deyiləm”, – deyə cavab verib.
Hindistanlı nazir, həmçinin Hindistanın həm Moskva, həm də Kiyevlə müxtəlif səviyyələrdə müntəzəm danışıqlar aparan ölkələrdən biri olduğunu da xatırladıb.