Xəbərlər

Hindistanın Baş naziri Rusiyaya səfər edəcək

Hindistanın baş naziri Narendra Modinin Rusiyaya səfəri 8-9 iyul 2024-cü il tarixlərinə planlaşdırılır.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Tribune” qəzeti məlumat yayıb.

Daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Modinin Rusiya Federasiyasına səfəri planlanır. Lakin o, konkret tarixlər açıqlamayıb.

Nəşr vurğulayıb ki, səfər Modinin üçüncü müddətə hökumətə rəhbərlik etməsindən qısa müddət sonra, həmçinin 2024-cü ilin martında Rusiya prezidenti Vladimir Putinin yenidən seçilməsindən sonra baş tutacağı üçün əhəmiyyətlidir.

Qəzet xatırladıb ki, Modi Rusiyaya sonuncu dəfə 2019-cu ildə səfər edib.