Xəbərlər

Hollandiya Avropanı birləşməyə çağırıb

“Avropa ABŞ prezidenti Donald Trampın irəli sürdüyü yeni çağırışlara cavab vermək üçün birləşməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Hollandiyanın xarici işlər naziri Kaspar Veldkamp Avropa İttifaqının (Aİ) xarici siyasət idarələri rəhbərlərinin görüşünə gələrkən deyib.

“İndi Bundestaqın və Almaniyanın siyasi liderlərinin koalisiya yaratmasının vaxtıdır. Bu, bizə qoşulmaq istəyən Britaniya və digər ölkələrə də aiddir. Biz Trampın yaratdığı yeni çağırışlara cavab vermək üçün birləşməliyik”, – Veldkamp deyib.