“Hollandiya hakimiyyəti Ukraynaya 175 milyon avro dəyərində yeni hərbi yardım paketi ayıracaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ölkənin müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans məlumat verib.
“Mən Ukrayna üçün 175 milyon avro dəyərində yeni dəstək paketini elan edirəm, bu paketə radar sistemləri və pilotsuz uçuş avadanlıqları (PUA) daxil olacaq”, – o əlavə edib.