Xəbərlər

Hollandiya Ukraynaya 27 milyon avro dəyərində yardım edəcək

Hollandiya Ukraynaya 27 milyon avro dəyərində yardım edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə cümə axşamı Hollandiyanın xarici işlər naziri Kaspar Veldkamp Kiyevə işgüzar səfəri zamanı bildirib.

“20 milyon avro Rusiyanın məqsədyönlü hücumları nəticəsində ciddi zədələnmiş Ukraynanın enerji şəbəkəsini gücləndirmək üçün istifadə olunacaq”, – nazir qeyd edib.