“Hollandiya 2026-cı ildə Ukraynaya 3,5 milyard avro yardım ayırmaq niyyətindədir”.
“Füyuzat”ın məlumatına görə, bunu Hollandiyanın Baş naziri Dik Şof mətbuata müsahibəsində deyib.
“Əvvəlki illərdə Ukraynaya dəstək üçün hər il təxminən 3,5 milyard avro ayrılırdı. 2026-cı ildə də analoji vəsaitin ayrılması nəzərdə tutulur. Bu il daha çox vəsaitə ehtiyac olarsa, gələn üçün ayrılan büdcə ehtiyyatından Kiyevə dəstək veriləcək”, – Şof qeyd edib.