“Hollandiya müəyyən şərtlərlə Ukraynaya sülhməramlıların göndərilməsini istisna etmir”.
“Füyuzat”ın məlumatına görə, bunu Hollandiyanın Baş naziri Dik Şof “The Telegraph”a bildirib.
Şof nəşrə müsahibəsində qeyd edib ki, Münxen Təhlükəsizlik Konfransında “Avropanın Ukraynada sülhməramlı qüvvələrdə iştirak etməyə hazır olub-olmaması” məsələsi müzakirə olunub.
Hollandiyanın Baş naziri bildirib ki, ölkəsi bu planın əleyhinə deyil: “Çünki Avropanın hərəkətə keçməli olduğunu başa düşürük”.



