Xəbərlər

Honq-Konq ABŞ senatorlarını əsassız ittihamlara görə tənqid edib

Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsinin səlahiyyətliləri ABŞ senatorlarını Honq-Konq administrasiyasına və Çin qanunlarına qarşı “əsassız ittihamlar” irəli sürdüklərinə görə qınadıqlarını bildiriblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Honq-Konq administrasiyasının yaydığı bəyanatda qeyd olunub.

Bəyanatda vurğulanır ki, şəhər hakimiyyəti “Honq-Konqa qarşı əsassız ittihamlar irəli sürən və Honq-Konq Milli Təhlükəsizlik Qanununu və Milli Təhlükəsizlik Mühafizəsi Sərəncamını pozan və Honq-Konq əleyhinə hazırlanmış qətnaməsini təqdim edən ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvlərini ayrı-ayrılıqda şiddətlə qınayır”.

“Honq-Konq bu cür “ləyaqətsiz siyasi manevrlərə” qarşı çıxır və ABŞ-ı Honq-Konqun beynəlxalq reputasiyasına xələl gətirməyi və sırf Çinin daxili işlərinə aid olan Honq-Konqun addımlarına qarışmağı dayandırmağa çağırır”, – sənəddə bildirilib.