Xəbərlər

HRW: “Wagner” Mali ordusu ilə birlikdə mülki insanları öldürür

“Rusiyanın təhlükəsizlik şirkəti “Wagner” 2023-cü ilin dekabr ayından etibarən Mali ordusu ilə birlikdə mülki insanları hədəf alıb”.

“Füyuzat”ın məlumatına görə, bunu Human Rights Watch (HRW) verdiyi açıqlamasında söyləyib.

“2023-cü ilin dekabr ayından etibarən Rusiyanın “Wagner” təhlükəsizlik şirkəti və Mali ordusu ölkənin mərkəzi ilə yanaşı şimal bölgələrində uşaqlar da daxil olmaqla çox sayda mülki şəxsin ölümünə səbəb olub”, – açıqlamada qeyd edilib.

Malidə mülki ölümlərin basqınlar və pilotsuz uçuş aparatları (PUA) hücumları nəticəsində meydana gəldiyinə diqqət çəkən açıqlamada, hərbi çevrilişdən sonra Rusiya ilə əlaqələrin yaxşılaşdığı, rus muzdlularının müşayiəti ilə mülki əhalinin ölümünə səbəb olan basqınların artdığı bildirilib.

Qeyd edək ki, xəbərdə PUA-larla həyata keçirilən hücumlarda toy və yas mərasimlərinin də hədəf alındığına diqqət çəkilərək, “Wagner”in 16 yanvarda toyu, 17 yanvarda isə yas mərasimini hədəf aldığı, ən az 14 nəfərin ölümünə səbəb olduğu qeyd edilib.