2023-cü il oktyabrın 7-də münaqişə başlayandan bəri İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin HƏMAS hərəkatı ilə döyüşlərdə 842 əsgərin həlak olduğunu bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə ordunun mətbuat xidmətinin bəyanatında bildirilib.
IDF-nin açıqladığı son rəqəmlərə görə, İsrail ordusunun ötən həftədən bəri İordan çayının qərb sahilində keçirdiyi əməliyyatlarda cümə axşamı günü daha bir İsrail əsgəri həlak olub.