Xəbərlər

II Milli Qurama Festivalı keçirilib

II Milli Qurama Festivalı çərçivəsində “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda tədbir keçirilib.

“Füyuzat”ın məlumatına görə, qurama yürüşü ilə başlayan sərgi ustad dərsləri və dekorativ tətbiqi sənət nümunələrinin nümayişi və satış yarmarkası ilə davam edərək, musiqili proqramla bitib.

Tədbirdə sənətkarlar qonaqlara öz əl işlərinin hazırlanması prosesini nümayiş etdirib, onların suallarını cavablandırıb, qədim tikmə növü olan qurama məhsullarının hazırlanması üzrə ustad dərsləri keçiblər.

Qeyd edək ki, Milli Qurama Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Əlavə edək ki, qurama qədim tikmə növüdür. Müxtəlif parça hissələrinin bir-birinə pərçimlənməsi üsulu ilə hazırlanır.