“Neuralink” şirkətinin beyin implantı uğurla implantasiya edilib”.
“Füyuzat”ın məlumatına görə, bunu amerikalı sahibkar və milyarder İlon Mask “Stagwell” marketinq şirkətinin direktoru Mark Pennə müsahibəsində bildirib.
“İndi beynində “Neuralink” implantları olan üç nəfərimiz var və cihazların hamısı yaxşı işləyir”, – Mask bildirib.
Qeyd edək ki, Mask bir il əvvəl ilk beyin implantı əməliyyatını uğurla tamamladıqlarını açıqlamışdı. İlk xəstənin qəza nəticəsində beyni tamamilə iflic olmuşdu. “Neuralink” texnologiyasından istifadə edərək, onun beyin nahiyəsinə düymə batareyasına bənzər kiçik bir cihaz implantasiya edilib.
Şirkətdən verilən məlumata görə, texnologiya bədən üzvlərinin hərəkət qabiliyyətini itirmiş insanlara kömək etmək üçün nəzərdə tutulub.